Daxil ol Qeydiyyat
Ana səhifə Xəbərlər Haqqımızda Kitablar İmtahanlar Bizimlə əlaqə

Biliyinizi qiymətləndirmək üçün doğru ünvandasınız..

Tezliklə bütün kateqoriyalar üzrə online sınaq imtahanları təşkil olunacaq..

1000+ test

15+ kitab

1000+ istifadəçi

Ən çox işlənənlər

İmtahan kateqoriyaları

İmtahan

3 addımda biliyini ölç

Qeydiyyatdan keç

İmtahanda iştirak etmək üçün hər kəs qeydiyyatdan keçib hesab yaratmalıdır. Qeydiyyatdan keçdikdən sonra hesabını təsdiqləməyi unutma və artıq qeydiyyatdan keçmisənsə birbaşa daxil ol.

Testi seç və başla

Kateqoriyalara ayrılmış imtahanlar üçün interfeysdə istənilən mövzuda olan onlayn imtahanı tapıb daxil ol. İmtahana başlamazadan əvvəl qaydalar ilə səhifədə tanış ola bilərsən.

Nəticəni gör

İmtahanı bitirdikdən sonra nəticənlə dərhal tanış ola bilərsən, şəxsi kabinetində isə "nəticələrim" səhifəsində yanlış və doğru cavabları görə görmək imkanın var.

Niyə biz?

Üstünlüyümüz

Rahat və Sadə İmtahan İnterfeysi
Rahat və Sadə İmtahan İnterfeysi

Onlayn sınaq imtahanı platformasını fərqləndirən ən özəlliklərindən biri sürətli və rahat istifadəçi interfeysidir.

Müxtəlif çeşitli testlər
Müxtəlif çeşitli testlər

Kateqoriyalara ayrılmış imtahanlar üçün interfeysdə istənilən mövzuda olan onlayn imtahanı tapıb daxil ol.

Faydalı kitablar
Faydalı kitablar

Müxtəlif mətniq kitabların alıb faydalana bilərsiniz

Xəbərlər

Ən çox oxunan xəbərlər

Növbəti tədris ilindən yeni hazırlanmış 7 dərslik kütləvi istifadəyə veriləcək - EKSKLÜZİV

2024-2025-ci tədris ilində Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) hazırladığı V sinif Azərbaycan dili (dövlət dili) və riyaziyyat, VI sinif coğrafiya, VII sinif fizika, kimya və biologiya dərslikləri kütləvi istifadəyə veriləcək. V sinif dərslikləri iki il, VI və VII sinif dərslikləri isə bir il sınaq prosesindən keçib. 

Bu barədə “Azərbaycan müəllimi”nə açıqlamasında ARTİ Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev məlumat verib. 

Onun sözlərinə görə, hazırda VI sinif Azərbaycan dili (tədris dili), riyaziyyat, coğrafiya, VII sinif fizika, kimya, biologiya və coğrafiya dərslikləri sınaq prosesindədir. 

“Növbəti il VI siniflər üçün Azərbaycan dili (tədris dili) və riyaziyyat, VII sinif coğrafiya, VIII siniflər üçün fizika, kimya və biologiya dərslikləri sınaq prosesinə veriləcək” - deyə Zaur İsayev bildirib.

Mərkəz direktoru yeni hazırlanan dərsliklərin üstünlüklərindən danışaraq deyib ki, yeni dərsliklərdə müasir yanaşmalardan və yeni pedaqoji texnologiyalardan geniş istifadə edilir:

“Məsələn, VI və VII siniflər üçün yeni hazırlanmış coğrafiya dərslikləri indiyə kimi coğrafiyanın ənənəvi təhsil üsullarında bir qədər fərqli, ən qabaqcıl təhsil institutlarının tətbiq etdikləri coğrafiyanın müasir öyrətmə üsullarından istifadə edilməklə hazırlanıb. Ənənəvi dərsliklərə alışan müəllimlərin yeni dərsliklərdən səmərəli istifadə etmələri üçün onlardan müəyyən səylər tələb olunur. Təbii ki, zamanla bu problemlər də həllini tapacaq”.

Onun direktorunun fikrincə, problemin daha sürətlə aradan qaldırılması üçün Elm və Təhsil Nazirliyi təlimlər təşkil edir, müəlliflərə yeni yanaşma ilə bağlı mütəmadi məlumatlar verilir: “Digər fənlərlə bağlı da analoji problemlərlə rastlaşırıq. Sınaq prosesi bütün bu problemləri aşkar etməyə və bunların səbəblərini müəyyən etməyə imkan verir”.   

Daha bir REKORD: 39 şagird maksimum nəticə topladı

Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

 

 

Bildirilib ki,İmtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

10 mart buraxılış imtahanının nəticələri AÇIQLANDI

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

 

 

Bildirilib ki, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=19) daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir ətraflı yazılı cavab tələb edən açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli, qiymətləndirmə şkalası və yazı işi nümunələri) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

 

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

 

Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

 

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə linkdəki faylda tanış ola bilərsiniz.

 

İmtahanda iştirakı nəzərdə tutulan 53102 nəfərdən 479 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub.

 

İmtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

 

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 23-25 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

 

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

 

Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

 

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

 

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (https://eservices.dim.gov.az/ejurnal/) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Məktəblilər Beynəlxalq Mendeleyev Olimpiadasında iştirak edəcəklər

Azərbaycandan olan məktəblilər komandası aprelin 21-dən 26-dək Çinin Şençjen şəhərində keçiriləcək Kimya üzrə Beynəlxalq Mendeleev Olimpiadasında (BMO-58) iştirak edəcəklər.

 

tehsilaksiomu.az xarici mediaya istinadla xəbər verir ki, təşkilatçıların məlumatına görə, bu il kimya üzrə nüfuzlu intellektual yarışlarda rekord sayda – 29 ölkə iştirak edəcək.

 

Azərbaycanla yanaşı, Olimpiadaya Avstriya, Belarus, Braziliya, Bolqarıstan, Macarıstan, İran və digər ölkələr də daxil olmaqla, Avropa və Asiya ölkələrindən komandalar qatılacaq. 

 

Mendeleev olimpiadası ilk dəfə olaraq MDB ölkələrindən kənarda keçirilir.

 

Qeyd edək ki, 2009-cu ildə Türkmənistanın paytaxtı Aşqabad 15-dən çox ölkədən milli kimya turnirlərinin qaliblərini və müəllimlərini toplayaraq, 43-cü Mendeleev Olimpiadasına ev sahibliyi edib.

 

Ənənəvi medal və diplomlarla yanaşı, BMO-58 qaliblərini xüsusi mükafatlar gözləyir. Olimpiadanın tapşırıqları, həmişə olduğu kimi, Kimya üzrə Ümumdünya Olimpiadasının tapşırıqlarından daha çətin olacaq və iştirakçılardan yalnız kimyanın müxtəlif sahələrində dərin nəzəri biliklər deyil, həm də yaradıcı yanaşma tələb edəcəklər.

Bu bölgənin məktəb direktorları yerdəyişmə üçün imtahan verdi

Şagird sayı 500-dən çox olan məktəblər üzrə direktorların yerdəyişməsi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

 

 

06 aprel 2024-cü il tarixində Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dən çox olan məktəblər üzrə direktorların yerdəyişməsi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

 

 

İmtahanda 23 namizəd iştirak edib.

 

 

Qeyd edək ki, test imtahanında namizədlərə qanunvericilik üzrə 20 sual, pedaqogika və metodika, məntiq və İKT bilikləri üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 50 test tapşırığı təqdim edilib.

 

 

Hər bölmə üzrə təqdim olunan sualların 50 faizini düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.

 

 

Bir vakant yerə müsabiqədə uğur qazanaraq eyni balı toplayan 1-dən çox namizəd olduğu halda ilk növbədə son 3 il ərzində hazırda çalışdığı məktəbin IX və XI siniflər üzrə buraxılış imtahanlarının və son 2 ildə IV siniflər üzrə monitorinqlərin nəticələri ardıcıllıqla nəzərə alınacaq.

 

 

Bütün namizədlərə uğurlar arzu edirik!

Bütün xəbərlər
Kitab

Ən çox oxunan kitablar

Bütün kitablar

Biliyini ölç

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever

İndi başla
FAQ

Tez-tez verilən suallar

İmtahanda iştirak etmək üçün ilk öncə qeydiyyatdan keçib, istənilən imtahanı seçin. 16 rəqəmli kart nömrəsinə ödəniş etdikdən (bank kartı vasitəsi ilə), sonra ödəniş qəbzini bizim qeyd etdiyimiz mobil nömrəyə göndərin. Operatordan “təsdiq” məsajını aldıqdan sonra imtahan başlaya bilərsiniz..

Bəli. İmtahan bitdikdən sonra sizə həmin imtahanda neçə düzgün, neçə yanlış və neçə cavabsız sual olduğunu göstərməklə yanaşı, sizi həmin sualların şərtləri və düzgün cavabları ilə də təmin edirik.

Xeyr. İmtahanda iştirak etmək üçün mütləq şəkildə qeydiyyatdan keçməlisiniz.

Hesabından çıxmağa əminsən?

Bəli, əminəm